Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:18

Oksfam gördü, amma dövlət görmədi?


«Hilton» otelində görülən işlərlə bağlı hesabat verilib
«Hilton» otelində görülən işlərlə bağlı hesabat verilib
-
«Oksfamın layihəsinə qoşulandan sonra hər şey normallaşdı. Aylıq dərmanlarla təchiz olunduq. İndi bizə kəndin ən kasıbları müraciət edir. Kömək edirik».

Zümrüd Zəkəriyyəyeva belə deyir. O, həkimdir. Oğuz rayonu Kərimli kəndinin tibb məntəqəsinin müdiridir. Çalışdığı yerin şəraitindən əvvəllər narazı olub. Oksfam təşkilatı onlara yardım əlini uzadanadək məntəqədə nə su varmış, nə də ayaqyolu.

BİRMANATLIQ SIĞORTA...

Böyük Britaniyanın Oksfam beynəlxalq humanitar təşkilatının Azərbaycan nümayəndəliyi 2007-12-ci illər arasında Azərbaycanın 49 ucqar kəndində «Məsuliyyətli yerli idarəetmə vasitəsi ilə sağlam icmaların inkişafı» layihəsini həyata keçirib. Dekabrın 14-də «Hilton» otelində layihə çərçivəsində görülən işlərlə bağlı hesabat verilib.

Oksfam-Azərbaycanın ölkə üzrə direktoru Şövkət Əlizadə:

«İlkin səhiyyə xidməti istənilən yerdə hər kəs üçün əlçatan olmalıdır. Əsasən yoxsulların müraciət etdiyi layihədə 49 ucqar kəndlə işlədik. Yararsız məntəqələri bərpa etdik. İnsanları icbari tibbi sığortaya hazırladıq. Kənd ailələri yaratdığımız səhiyyə fondlarına ayda 1 manat köçürməklə bütün xidmətlərdən pulsuz istifadə edirdilər».

Ekspert Tamerlan Rəcəbov:
Tamerlan Rəcəbov
Tamerlan Rəcəbov

«Layihə 6 rayonda 49 icmaya - Bərdə (23), Tərtər (13), Oğuz (4), Goranboy (5), Yevlax (4) - yardım edib. 63 000 insan bu layihədən bəhrələnib. Dörd il ərzində 49 tibb məntəqəsinin hər biri tibbi avadanlıqlarla təchiz olunub. Məntəqələrin su və kanalizasiya infrastrukturu bərpa olunub».

LAYİHƏDƏN ÖNCƏ VƏ SONRA...

«Layihə kənd insanının həyatını dəyişib», - deyən T. Rəcəbov layihə çərçivəsində aparılan araşdırmalardan söz açıb. Onun dediyinə görə, layihənin keçirildiyi bölgələrdə 2008-ci illə müqayisədə 2012-ci ildə ölüm sayı azalıb.

Sonda iqtisadçı ekspert Azər Mehtiyev 2008-12-ci illərdə Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi yönündə islahatlardan, icbari tibbi sığortanın tətbiqindən və tədbirlər planının icrasından danışdı. O, İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin yaradılması tələbindən 5 il keçməsinə baxmayaraq, agentliyin olmadığını və səhiyyə sahəsindəki problemlərin çox olduğunu dilə gətirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG