Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:33

İsrailin Xarici İşlər naziri istefa verdi



Etibardan sui-istifadə ittihamları ilə üzləşmiş İsrailin Xarici İşlər naziri Avigdor Lieberman cümə günü istefa verib. Elektron poçtla göndərdiyi istefa ərizəsində Lieberman qeyd edir ki, heç bir cinayət törətmədiyinə əmin olsa da ləngimədən vəzifəsindən istefa vermək qərarına gəlib.

Dekabrın 12-də İsrailin Baş Prokuroru Yehuda Weinstein nazirə qarşı son 12 ildə istintaqı aparılan saxtakarlıq və çirkli pulların yuyulması ittihamlarının təsdiqini tapmadığını, amma Liebermana qarşı etibardan sui-istifadə ittihamı irəli sürüldüyünü bildirib.

İddiaya görə Lieberman özünə qarşı cinayət işinə ilə bağlı ciddi istintaq sənədlərini İsrailin Belorusdakı səfirindən əldə edib.

Yanvarın 22-də İsraildə yeni parlament seçkisi keçiriləcək. Rəy sorğularına görə bu seçkini Liebermanla baş nazir Benjamin Netanyahu-nun sağçı alyansı uda bilər.
XS
SM
MD
LG