Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:30

Yaşayış minimumu 8, ehtiyac meyarı 9 manat artdı


-
2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat müəyyənləşib.

Bu rəqəm əməkqabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat olacaq.

Prezident İlham Əliyev 2013-cü il üçün yaşayış minimumu haqqında qanunu imzalayıb.

Ötən il bu rəqəmlər uyğun olaraq 108, 116, 84 və 87 manat idi.

Prezidentin imzaladığı digər sənədlə 2013-cü il üçün ehtiyac meyarının həddi 93 manat təsdiq edilib. Ötən il ehtiyac meyarı 84 manat idi. Ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyənləşdirilir.

Hər iki qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

Xəbərləri rəsmi AzərTAc agentliyi yayıb.
XS
SM
MD
LG