Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:51

Politkovskayanın qatilinə silah verən keçmiş polis zabiti 11 illik cəza aldı [VIDEO]


Jurnalistin qətlinə görə keçmiş polis zabiti 11 illik cəza aldı
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Jurnalistin qətlinə görə keçmiş polis zabiti 11 illik cəza aldı


Cümə günü Rusiyada məhkəmə keçmiş polis zabitini jurnalist Anna Politkovskayanın qətlində iştirakda günahlı sayıb və onun 11 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. İttihama görə keçmiş zabit Dmitri Pavlyuçenkov jurnalistin hərəkət marşrutlarını izləyib və qatilə silah verib.

Hökmə görə keçmiş polis zabiti jurnalistin ailəsinə də 3 milyon rubl – təxminən 98 000 dollar pul ödəməlidir.

Pavlyuçenkov məhkəmədə çıxışında Politkovskayanın ailəsindən üzr istədiyini bildirib:

Dmitry Pavlyuchenkov məhkəməyə gətirilərkən, 14 dekabr 2012
Dmitry Pavlyuchenkov məhkəməyə gətirilərkən, 14 dekabr 2012
- Anna Stepanovnanın ailəsinə müraciət edirəm. Sadəcə olaraq məni bağışlamalarını xahiş edirəm.

Jurnalistin qətlinə görə 5 nəfər ittiham olunur. Dmitri Pavlyuçenkovun işi qalanların işinin istintaqından ayrılmışdı.

Vladimir Putinin komandasına qarşı korrupsiya ittihamları ilə tanınan və Kremlin Çeçenistan siyasətinin sərt tənqidçisi olan Anna Politkovskaya 2006-cı ilə oktyabrın 7-də Moskvada evinin girişində güllələnərək öldürülmüşdü. O, Rusiyada çox azsaylı müstəqil media orqanlarından olan “Novaya Qazeta”nın əməkdaşı idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG