Keçid linkləri

2025, 21 İyun, şənbə, Bakı vaxtı 00:48

Şaxtalı hava dekabrın 18-dək davam edəcək


Foto: Arxiv
Foto: Arxiv
-
Dekabrın 13-ü axşam saatlarından başlayaraq Rusiyanın şərqindən hərəkət edən soyuq Sibir antisiklonu Azərbaycan ərazisinə yaxınlaşıb və ölkə ərazisində hava şəraitinin kəskin soyumasına səbəb olub.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya deyib ki, respublikanın əksər rayonlarında gecə saatlarında intensiv, bəzi yerlərdə isə güclü yağıntı qeydə alınıb.

Bildirilir ki, ölkə ərazisində qeyri-sabit, soyuq və şaxtalı hava şəraiti dekabrın 18-dək davam edəcək:

«Yaxın 3 gün ərzində yağıntılar sulu qar və qar şəklində qısa fasilələrlə müşahidə olunacaq. O cümlədən Bakı və Abşeron yarımadasında da yağışla qarışıq sulu qar müşahidə olunacaq. Dekabrın 16-sı axşam saatlarında, dekabrın 17-nə keçən gecə yağıntıların qar şəklində olacağı proqnozlaşdırılır».
XS
SM
MD
LG