Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:19

Politkovskayanın qətlinə görə keçmiş polis zabiti 11 il azadlıqdan məhrum edildi


Cümə günü Rusiyada məhkəmə keçmiş polis zabitini 2006-cı ildə araşdırmaçı jurnalist Anna Politkovskayanın qətlində iştirakda günahlı sayıb və onun 11 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

İttihama görə keçmiş zabit Dmitri Pavlyuçenkov jurnalistin hərəkət marşrutlarını izləyib və qatilə silah verib.

Hökmə görə keçmiş polis zabiti jurnalistin ailəsinə də 3 milyon rubl – təxminən 98 000 dollar pul ödəməlidir.

Pavlyuçenkov məhkəmədə çıxışında Politkovskayanın ailəsindən üzr istədiyini bildirib:

- Anna Stepanovnanın ailəsinə müraciət edirəm. Sadəcə olaraq məni bağışlamalarını xahiş edirəm.

Jurnalistin qətlinə görə 5 nəfər ittiham olunur. Dmitri Pavlyuçenkovun işi qalanların işinin istintaqından ayrılmışdı.
XS
SM
MD
LG