Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:43

Gürcüstanda ictimai televiziyanın rəhbəri istefa verib



Gürcüstanda İctimai televiziyanın direktoru Giorgri Chanturia (Giorgi Çanturiya) vəzifəsindən istefa verdiyini açıqlayıb.

Chanturia-nın Gürcüstanın indiki Baş naziri Bidzina İvanishvili ilə çəkişməsi var.

İvanishvili müxalifətdə olarkən çıxışlarında İctimai TV-nin rəhbərini tənqid edərək onu prezident Saakashvilin siyasi əmrlərini yerinə yetirməkdə suçlamışdı.

Oktyabrda keçirilən parlament seçkisində qələbədən sonra hakimiyyət başına gələndən İvanishvili telekanala maliyyə yoxlamaları göndərib. Həmin komissiya da televiziya rəhbərliyini milyonlarla dollar pulu vergidən yayındırmaqda ittiham etmişdi.

Chanturia və komandası bu ittihamı rədd edir.
XS
SM
MD
LG