Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Navalny-ya qarşı yeni cinayət işi açıldı


Aleksei Navalny
Aleksei Navalny

Rusiyada müxalifət liderlərindən olan Aleksei Navalny-ya (Aleksey Navalnı) qarşı yeni cinayət işi açılıb. Federal Təhqiqatlar Komitəsi cümə günü bildirib ki, Navalny və onun qardaşı Oleq bir ticarət şirkətindən 1.79 milyon dollar mənimsəməkdə ittiham olunurlar.

Prezident Vladimir Putini korrupsiyada ittiham edən yazıları ilə məşhur olan Aleksei
Ona qarşı yeni cinayət işi barədə xəbər də müxalifətin Moskvada yeni etiraz aksiyası keçirmək planlarını elan etməsindən dərhal sonra yayılıb.

Navalny özü Twtitter hesabında yeni ittihamlara reaksiyasında yazıb ki, “onlar mənimlə kifayətlənmədilər, indi də ailəmə keçiblər”.

Navalny bundan əvvəl də bir neçə də korrupsiya ittihamları ilə üzləşib. Bu il iyulun 31-də Rusiya müstəntiqləri onu 2009-cu ildə Kirov vilayət qubernatorunun müşaviri olarkən dövlət vəsaitlərini mənimsəmədə günahlandırıb. Ona qarşı qaldırılmış bu iş üç dəfə araşdırılmağa başlamış, ancaq şahid olmadığı üçün işə xitam verilmişdi.

Bu ittihamlar sübut olunsa, Navalny 10 ilə qədər azadlıqdan məhrum oluna bilər.

Özü bu ittihamları siyasi motivli təzyiq adlandırır.
XS
SM
MD
LG