Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Azərbaycan siyasi həyatının pərdəarxası?


Mətbuat icmalı
Mətbuat icmalı
-
Dekabrın 14-də əksər qəzetlərin manşeti ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu videoya həsr olunub. «Azadlıq» qəzeti həmin videonun stenoqramını dərc edib. Stenoqramda yazılır ki: «Sabiq rektorun deputat seçilmək üçün verdiyi 1 milyon dollar Ramiz Mehdiyevə aparılıb».

Sevinc Babayeva kimi tanıdılan qadın deyir: «Hə. 6 aydan sonra görəcəksən, Gülər Müslüm Səlimzadənin (Səlim Müslümovu nəzərdə tutur) yerində oturmasa... Sən nə danışırsan? Proqramı veriblər».

Elşad Abdullayev: «Pensiya fondunda?»

Sevinc Babayeva: «Hə. Özü oranı istəyib, 6 aydan sonra ora gedəcək...».

Başqa bir yerdə isə həmin qadın deyir: «Dünən də Ramiz müəllim dedi ki, Hacıbala cəzasını alacaq. Hacıbala cəzasını buna görə alacaq. Gedir prezidentə yaltaqlanırdı da. Deyir, yazıqdır, Elçibəyin yadigarıdır. Prezident də dedi ki, vallah o işləri Ramiz müəllim həll edir».

MÜXALİFƏTİN BİRLƏŞMƏSİNƏ MANE OLAN HİKKƏDİR?

Müxalifətin birləşməsinə hikkə mane olur. Bunu «Yeni Müsavat»a müsahibəsində professor Rafiq Əliyev deyib. O, bəzi liderlərdə səmimiyyətin də çatışmadığını bildirib.

Rafiq Əliyev
Rafiq Əliyev
- «Səmimiyyət də çatışmır, hikkə də qoymur birləşməyə».
- Ola bilərmi ki, bu qüvvələr hansısa dairələr tərəfindən idarə olunur?
- Bu barədə düşünmək istəmirəm. Bircə onu deyə bilərəm ki, burda «gizli əl» var.
- Hansı əldən gedir söhbət? Daxildən uzanır «gizli əl», yoxsa xaricdən?
- Bəlkə də elə o, əl müxalifətin öz içindədir...

45 YAŞLI «BAHAR»LA GƏNC «ŞAHDƏNİZ»İN QOL-BOYUN OLMASI

«Azərbaycan» qəzeti ölkənin təbii qaz ehtiyatlarından yazır. Azərbaycanın qazla bağlı uğurlarının 1968 ilin martında «Bahar» yatağı ilə başladığını yazan müəllif, əlavə edir ki, «indi bizim hər yana səs salan «Şahdəniz»imiz var. Demə «Bahar» həm də «Şahdəniz»in qonşusu imiş. 45 yaşlı «Bahar»la gənc «Şahdəniz» beləcə qol-boyun olaraq, Azərbaycan qazının dünənindən, bugünündən və gələcəyindən xəbər verirlər».

AZƏRBAYCANIN DÖVLƏT BORCUNU 9 DƏFƏ ÜSTƏLƏYƏN VALYUTA EHTİYATI

«Yeni Azərbaycan» qəzeti xarici borclarla bağlı narahatlığa əsas görmür. Qəzet yazır ki, Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 9 dəfə üstələyir.

«Ölkəmiz valyuta rezervlərinin həcminə görə Gürcüstanı 20 dəfə, Ermənistanı isə 29 dəfə üstələyir».

Qəzet indi Azərbaycanın strateji valyuta ehtiyatlarının 45 milyard dollar səviyyəsində olduğunu yazır.

SOVET ƏMANƏTLƏRİ İLƏ BAĞLI XƏBƏRDARLIQ VƏ...

«Bizim yol» Maliyyə Nazirliyinin sovet dövründən qalmış əmanətlərin verilməsi ilə bağlı əmanətçilərə etdiyi xəbərdarlıqdan yazır.

«31 dekabrdan gec müraciət edənlərə pul ödənilməyəcək».

Qəzet yazır ki, nazirliyin bu xəbərdarlığı bütün təhlilləri alt-üst edir. Qəzet 1 milyon əmanətçinin dekabrın 31-nə qədər müraciət edəcəyinə şübhə ilə yanaşır. Qəzet qeyd edir ki, ümumilikdə 2,4 milyon əmanətçinin 1,4 milyon nəfərinə indiyə qədər 480 milyon manat ayrıldığı halda, yerdə qalan əmanətlərin verilməsinə 2013-cü ilin büdcəsində 500 milyon manat nəzərdə tutulması şübhələrə yol açır.
XS
SM
MD
LG