Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:38

Pirallahı rayon olur?


Bakıda yeni rayon yaradılacaq. Trend-in məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin cümə günü keçiriln iclasında «Bakı şəhər inzibati ərazi vahidinin tərkibinə dəyişiklik edilməsi» barədə qanun layihəsi müzakirə olunub.

Dəyişikliyə görə, Bakı ərazisində yeni Pirallahı rayonunun yaradılması nəzərdə tutulub.

Bu məqsədlə Bakının Xəzər rayonunun inzibati ərazisindən müvafiq ərazi ayrılıb. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
XS
SM
MD
LG