Keçid linkləri

2026, 21 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 03:38

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri bıçaqlanıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran rayon şöbəsinin müdiri bıçaqlanıb.

APA-nın xəbərinə görə, hadisə gecə saat 1 radələrində baş verib. Şöbə müdiri, 1953-cü il təvəllüdlü Ramiz Musarza oğlu Əzimova Vilvan kəndində yaşadığı evin həyətində naməlum şəxs tərəfindən 3 bıçaq zərbəsi vurulub.

Lənkəran Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində yerləşdirilən R.Əzimovun vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
This item is part of
XS
SM
MD
LG