Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:07

Turqut Ozalın nədən öldüyünü dəqiqləşdirmək mümkün olmayıb


Keçmiş Türkiyə prezidenti Turgut Ozal
Türkiyənin Baş Prokurorluğu mərhum prezident Turqut Ozalın nəşindən götürülmüş nümunələrin ekspertizası ilə bağlı rəsmi açıqlama yayıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir ki, analizlər nəticəsində 8-ci prezident Turqut Ozalın ölümünün səbəbini qəti olaraq müəyyənləşdirmək mümkün olmayıb.
Amma prokurorluq təhqiqatın davam edəcəyini bildirib.

Qeyd edək ki, Türkiyə mətbuatı Turqut Ozalın bədənində müxtəlif toksik maddələr aşkarlanması barədə məlumat yaymışdı.
XS
SM
MD
LG