Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

İran 18 ABŞ məmuruna qarşı ittiham irəli sürüb


İran 18 keçmiş və hazırkı ABŞ məmuruna qarşı ittiham irəli sürüb.
Onlar İrana qarşı cinayət törətməkdə ittiham olunurlar.
Bu barədə İran məhkəmə hakimiyyətinin müavini İbrahim Raisi məlumat verib.
Raisi qeyd edib ki, İran sübutlar və dəlillər barədə ictimaiyyətə açıqlama vermək fikrindədir.

Fars agentliyinin məlumatına görə, söhbət terror hücumlarından gedir.
Amma agentlik onların kimliyi və əlavə detallar barədə məlumat vermir.

İran parlamenti həmçinin ötən il 6 ABŞ məmurunun adını qara siyahıya salıb.
İran hakimiyyəti onları insan haqlarını pozmaq, narkotik alveri və digər cinayətlərdə ittiham edir.
XS
SM
MD
LG