Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:11

Çilçıraqda Heydər Əliyevin bioqrafiyası?


-

Sabir Museyibov Bakı sakinidir. Deyir ki, Heydər Əliyevlə 1971-ci ildə şəxsən tanış olub. Bu tanışlıq o dərəcədə simpatiya yaradıb ki, Sabir kişi onun şərəfinə çilçıraq düzəltməyə qərar verib... Və nə az-nə çox, düz 27 ilə çilçırağın elementlərini yığıb. Sonra da başlayıb bütün bunları düzüb-qoşmağa. Heydər Əliyevin 75 illiyində çilçıraq tam hazır olub. Amma... Çilçırağı səbəbkara çatdırmaq müşkülə dönüb. Deyir, hələ keçmiş prezidentin sağlığında Prezident Aparatına min əziyyətlə gətirdiyi 250 kiloluq çilçırağın üzünə 15 ildir baxan da yoxdur.

Beləcə, 15 ildir ki, çilçırağı Prezident Administrasiyasının birinci mərtəbəsində saxlayırlar. Sabir kişi ildə bir dəfə gedib baş çəkir ki, görsün, yerindədir, ya yox. Hər dəfə çilçırağı binanın sağ tərəfindəki otaqda - əvvəlki yerində görəndə dilxor olur: Onu narahat edən odur ki, yaşının yarısını sərf edib ortalığa çıxartdığı çilçırağı nə Heydər Əliyev Fonduna, nə də Heydər Əliyev Muzeyinə təhvil verirlər.

HEYDƏR ƏLİYEV ÇİLÇIRAQDA NECƏ «TANIDILIR?»

Sabir Museyibov
Sabir Museyibov
Sabir kişi çilçırağın üstündəki 20 şamdanı Heydər Əliyevin 20 il şam işığında oturması ilə əlaqələndirir. 55 çilçırağı da mərhum Əliyevin həyatındakı bir hadisəyə bağlayır. Ancaq nə qədər düşünürsə, hadisənin özünü yada sala bilmir. Şamdan və bütövlükdə çilçıraq çox sayda büllur muncuqla bəzədilib. Sabir kişinin dediyinə görə, çilçırağın uzunluğu 2 metr, gövdə hissəsinin diametri 1 metrdən çoxdur. O, dayaqların pələng pəncəsi şəklində olmasını çilçırağı Əliyevə bağışlamaq istədiyi ilin pələng üstündə təhvil olması ilə əlaqələndirir. Çilçıraq həm yerdən qoyula, həm də tavandan asıla bilər.

Sabir kişi o ağırlıqda çilçırağı Prezident Aparatına necə əziyyətlə daşımasından da danışdı. Hədiyyəni yüklədiyi kiçik yük maşını 15 dəqiqəlik yolu 4-5 saata qət edib. Hədiyyəyə xətər toxunmasın deyə.

Sabir kişi arada çilçıraq söhbətindən uzaqlaşıb məsciddə keçmiş prezidentin yas mərasimlərini yola verməsindən də danışır.

Ancaq sözarası diqqəti öz problemlərinə yönəldir. Deyir, yaşadığı binanın qarşısındakı ona məxsus bağçaya gələn su borusunu kəsiblər deyə, ağaclar quruyub...

... Sonra yenə ən böyük probleminə qayıdır – çilçıraq məsələsinə. Ancaq Sabir kişi bunu elə-belə problemə çevirməyib a. Deyir, heç olmasa, çilçıraq oralara gedib çıxsa, aldığı 140 manat təqaüdün üstünə prezident təqaüdü də gələr. 140 manatla dolanmaq olmur. Elə axırıncı sözü də bu olur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG