Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyun, Cümə, Bakı vaxtı 11:09

Şimali Koreya orbitə raket buraxıb


Foto arxiv
BMT-nin Baş katibi Ban Kİ Moon Şimali Koreyanın orbitə ballistik raket buraxmasını təxribatçılıq adlandırıb və bunun təhlükəsizlik şurasının qətnamələrinə zidd olduğunu deyib.
Bu gün BMT-nin təhlükəsizlik şurasında Yaponiyanın xahişi ilə təcili müzakirələr keçiriləcək.

Şimali Koreya buraxılışın uğurlu olduğunu və raketin orbitə girdiyini bəyan edib.
Raket orbitə süni peyk aparıb.

Birləşmiş Ştatlar hesab edir ki, Şimali Koreya elmi-kosmik buraxılış pərdəsi altında nüvə başlığı daşıya bilən ballistik raketin sınağını keçirib.
Yaponiya və Cənubi Koreya Pxenyanın bu addımını pislətib.

Rusiya ilə Çin isə bundan təəssüf bildiriblər.
XS
SM
MD
LG