Keçid linkləri

2024, 20 İyul, şənbə, Bakı vaxtı 02:30

Nazir əsgər ölümləri ilə bağlı göstəriş verib



«Müdafiə naziri Səfər Əbiyev son günlər iki əsgər ölümü ilə bağlı xüsusi araşdırma aparmaq üçün ciddi göstəriş verib».

Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu AzadlıqRadiosunun sualına cavab olaraq deyib.

«Hərbi Prokurorluq da cinayət işi qaldırıb, araşdırma gedir. Yəqin ki, yaxınlarda hər iki ölümün səbəbi məlum olacaq və biz bu haqda KİV-ə məlumat verəcəyik».

Bir neçə gün öncə Azərbaycan Ordusunun əsgəri Zeynal Zeynalov özünü güllələyib. Bir ay əvvəl hərbi xidmətə çağırılan, 22 yalı Rəşad Mirzəliyev isə hospitalda vəfat edib. Nazirlik onun xəstəlikdən öldüyünü bildirir.
XS
SM
MD
LG