Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Dövlət ipoteka üçün 100 milyon manat ayıracaq


2013-cü ildə ipoteka məqsədləri üçün dövlət xətti ilə təqribən 100 milyon manat ayrılacaq.
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycan İpoteka Fondu vasitəsi ilə ayrılacaq bu vəsaitin bir hissəsi güzəştli ipoteka kreditləri (sosial ipteka), qalanı isə kommersiya ipoteka kreditləri üçün nəzərdə tutulub:

«Bu bizə ən zəruri tələbatları ödəməyə imkan verəcək».

AMB sədri bildirib ki, gələn il xarici və daxili mənbələrdən ipoteka kreditləşməsinə əlavə mənbələrdən vəsaitin cəlb edilməsi üçün də tədbirlər görüləcək.
XS
SM
MD
LG