Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 12:56

Azərbaycan Xalçaçılıq Muzeyi Novruz ərəfəsində hazır olacaq


Xalçaçılıq Muzeyi
-
Bakının Dənizkənarı Milli Parkında yeni inşa olunan Azərbaycan Xalçaçılıq Muzeyinin Novruz bayramı ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulur.

APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, bu ilin sonuna kimi muzeyin inşasının başa çatması gözlənilir:

«Bundan sonra isə biz 4-5 ay ərzində muzeyin kompozisiyasının qurulması, avadanlıqların yerləşdirilməsi prosesini həyata keçirəcəyik. Ümid edirəm ki, Novruz bayramı ərəfəsində biz Xalça Muzeyini görə biləcəyik».

Xalçaçılıq Muzeyinin bünövrəsi 2010-cu ildə qoyulub.

Dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzinin yaxınlığında yerləşən muzey binası bükülmüş xalça şəklində inşa edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG