Keçid linkləri

2026, 14 İyun, bazar, Bakı vaxtı 11:47

Hillary Clinton xəstələnib

ABŞ Dövlət katibi Hillary Clinton
ABŞ Dövlət katibi Hillary Clinton
ABŞ Dövlət katibi Hillary Clinton xəstələndiyinə görə ərəb ölkələrinə səfəri təxirə salıb.
Dövlət katibi Mərakeş, Tunis və Birləşmiş Ərəb Əmirliklərinə getməli idi.

Çərşənbə günü Mərakeşdə “Suriyanın dostları” qrupunun iclası keçiriləcək.
Hillary Clintonu bu görüşdə onun müavini William Burns əvəz edəcək.

Görüşdə Vaşinqtonun bu yaxınlarda yaradılmış müxalifət koalisiyasını tanıyacağı gözlənilir.
Bu müxalifətin xarici yardım almaq imkanını daha da artıracaq.

Hazırda Suriyada üsyançılarla hökumət qoşunları arasında döyüşlər gedir.
This item is part of
XS
SM
MD
LG