Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:13

Gəncə futbolunun «qızıl dövrü»


Gəncəbasar qəzeti
Gəncəbasar qəzeti
-


AzadlıqRadiosunun saytında hər gün oxucuları paytaxtda dərc olunan qəzetlərin qısa icmalı ilə tanış edirik. Ancaq Azərbaycanın əyalətlərində də qəzetlər çıxır və onların çoxundan başqa yerlərdə yaşayanların xəbəri olmur.

Bundan sonra vaxtaşırı onlara da yer verməklə əyalətlərdə baş verənlərə daha çox yer ayırmağa çalışacağıq. Seçilən yazılarda xırda ixtisarlar istisna olunmaqla heç bir dəyişikliyə yol verilmir.



«GƏNCƏBASAR» QƏZETİ:

45 il öncə «Dinamo» Kirovabad (Gəncə) SSRİ birinciliyinin ikinci dəstəsinin qalibi olaraq yüksək liqaya vəsiqə qazanıb.

Komanda bu hüquqa Daşkənddə keçirilən həlledici matçda yiyələnib. 1967-ci ilin noyabrın 26-da reallaşan «qızıl oyun»da rəqib Karaqandanın «Şaxtyor» klubu olub. Gərgin mübarizə şəraitində keçən görüş «Dinamo»nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu Ramiz Muritov vurub.

Gəncə təmsilçisinin yüksək liqaya vəsiqə qazanması şəhərdə toy-bayrama səbəb olub. Nizami yurdu qəhrəmanlarını dəmiryol vağzalında təmtəraqla qarşılayıb. Bayram tədbirləri şəhərin mərkəzində də davam etdirilib.

Yaranması ötən əsrin 50-ci illərinin sonuna təsadüf edən «Dinamo» (Kirovobad) ilk əvvəl «Toxucu» adı ilə təmsilçilik edib. Sonra klubun adı dəyişərək «Dinamo» qoyulur.

1962-ci ildə komanda «Neftçi»yə və Kiyev «Dinamo»suna qalib gələrək, ölkə kubokunun 4/1 final mərhələsinə çıxmaqla şəhərin nüfuzunu SSRİ məkanında daha da artırmışdı. 1965-ci ildə «Dinamo» adı altında SSRİ çempionatının birinci, sonra isə yüksək dəstəsinə vəsiqə qazanmışdı.

Bu sadalananlar keçmiş ittifaq dövründə qazanılan uğurlardır.

Həmin illərdə komandanın heyətində çıxış etmiş futbolçulardan üçü bu gün də Gəncədə yaşayır. «Dinamo»nun kapitanı Müzəffər Qasımov, qapıçısı Zakir Süleymanov və hücumçusu Nizami Salahov şəhərin fəxri sakinləridir. Adları çəkilən veteran futbolçular hazırda Gəncə Regional Futbol Federasiyasında məsul vəzifədə çalışırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG