Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:42

Qahirədə müxalifət fəallarına atəş açılıb


Qahirənin Təhrir meydanında maskalı adamların müxalifət fəallarını atəşə tutması nəticəsində 9 nəfər yaralanıb.

Hakimiyyət bəyan edib ki, hələlik bunun arxasında kimlərin durduğu bəlli deyil.
Yeni konstitusiya layihəsi ilə bağlı referendumun ləğvini tələb edən müxalifət tərəfdarlarını Qahirədə etiraz aksiyasına çağırıb.

Əsas müxalifət qrupu olan “Milli qurtuluş cəbhəsi”nin referendumu baykota çağıracağı hələlik bəlli deyil.
Müxalifət liderlərindən biri və Nobel sülh mükafatçısı
Mohammad al Baradei BBC-ə müsahibəsində bildirib ki, referendumun təxirə salınmasını istəyir.


Prezident Mohammad Morsi bu günlərdə səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı fərmanı ləğv etsə də referendumu təxirə salmayıb.
Ölkədə keçirilən son aksiyalar zamanı prezidentin tərəfdarları ilə əlehdarları arasında baş vermiş toqquşmalarda azı 7 nəfər ölüb.
XS
SM
MD
LG