Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:18

İctiami Palatanın 10 dekabr aksiyasında saxlananların hamısı azad olunub


İP-nın son siyahısına görə, aksiyada 122 nəfər saxlanılıb. Onlar Nəsimi, Yasamal və Səbail rayon Polis İdarələrinə aparılıblar. Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı məlumat verib.

Onun sözlərinə görə, polis idarələrində saxlananların bəziləri xəbərdarlıq edilib, digərləri müəyyən məbləğdə cərimə olunduqdan sonra sərbəst buraxılıblar.

İctimai Palata dekabrın 10-da Fəvvarələr Meydanında aksiya keçirmişdi. Aksiya iştirakçıları parlamentin buraxılmasını, sərbəst toplaşma, ifadə və söz azadlıqlarının təmin olunmasını tələb edirdilər.

İctimai Palatanın məlumatına görə, aksiyada saxlanan 122 nəfərdən 60-ı Müsavat, 55-i AXCP, 7-si isə ADP üzvləri olub.
XS
SM
MD
LG