Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:57

Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılır


Mərhum prezident Heydər Əliyevin anım mərasiminin keçirilməsi ilə əlaqədar dekabrın 12-də Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, mərasimlərin keçirilməsi ilə əlaqədar saat 07:00-dan ziyarət başa çatanadək Fəxri xiyaban - Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi-Teleteatr binası yanından və Parlament prospektinə bitişik digər ərazilərdə, Parlament prospektinə paralel Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrinin kəsişməsindən nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.
XS
SM
MD
LG