Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:04

İsgəndər Xəlilov: «Rusiya Azərbaycan Təşkilatları İttifaqı prezidentə qarşı deyil»


İsgəndər Xəlilov və İlham Əliyev
İsgəndər Xəlilov və İlham Əliyev
-
«Rusiya Azərbaycan Təşkilatları İttifaqında təmsil olunan şəxslər nə Azərbaycan prezidentinə, nə də Azərbaycan dövlətinə qarşıdır».

Azərbaycanlı işadamı, «ISR» Şirkətlər Qrupunun prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının üzvü İsgəndər Xəlilov APA-ya belə deyib.

- Mənim Azərbaycanda biznesim var, 3-4 minə yaxın işçim var. «Yeni Müsavat» qəzeti yazır ki, guya, İsgəndər Xəlilovun biznesini əlindən alıblar. Heç kəs mənim biznesimi əlimdən almayıb. Özüm də tez-tez Bakıda oluram. Bakıdan dünən gəlmişəm. Yazılanlar mənə çox gülməli gəlir, belə yazı yazanların ağlı yoxdur».

- Azərbaycanda belə fikirlər səslənir ki, RATİ-də birləşən insanlar şəxsi maraq və məqsədlərini güdmək məqsədilə belə bir təşkilat yaradıblar. Bu haqda nə deyə bilərsiniz?

- Bir daha demək istəyirəm ki, bu təşkilatda yığışan adamlar Azərbaycan hökumətinə və bizim hörmətli prezidentimizə qarşı deyillər. Yazılanların hamısı uydurmadır. Biz bu təşkilatı Rusiyada yaşayan azərbaycanlılara dəstək olmaq üçün yaratmışıq. Burada bizim məqsədimiz ancaq budur. Başqa nə şəxsi məqsəd ola bilər ki?! Mən iş adamıyam. Azərbaycanda böyük biznesim var. Minlərlə işçim var. Sizcə, bu qədər biznesi olan adam başqa nə məqsəd güdə bilər? Rusiyada da biznesim var. Mənim belə bir təşkilat yaratmaqda nə məqsədim ola bilər ki?! Mən olmayım, Vahid Ələkbərov olsun. Onun nə məqsədi ola bilər ki? Bizim burada yaşayan azərbaycanlılara yardım etməkdən başqa heç bir məqsədimiz olmayıb.

- RATİ-nin yaradılması ideyasının Kreml tərəfindən verildiyi barədə fikirlər səslənir. Təşkilatın yaranması ideyasının kim tərəfindən gəldiyiniz barədə məlumatınız var?

- Təşkilatın Kremlin tapşırığı ilə yaradılması barədə yazılanlar da uydurma fikirlərdir. RATİ-nin yaradılması ideyasının konkret olaraq kim tərəfindən verildiyini bilmirəm. Amma hamımız bir yerə yığışdıq, bu qərara gəldik. Çünki Ümumrusiya Azərbaycan Konqresi zəifləmişdi, öz funksiyasını yerini yetirə bilmirdi. Onlar heç qeydiyyatdan keçə bilmirlər. Ona görə də, Rusiyada yaşayan azərbaycanlılara dəstək verən, onların problemini həll edən yoxdur. Biz də belə qərara gəldik ki, buradakı 2 milyona yaxın azərbaycanlıya kömək edə bilən bir təşkilat yaradaq. Biz istəyirdik ki, Ümumrusiya Azərbaycan Konqresini əvəz edə bilən, onun funksiyaların yerinə yetirə bilən bir təşkilat yaransın. Bu təşkilatın yaradılması bir ideya idi. Elə bu, ideya olaraq da qalıb. Baxmayaraq ki, qeydiyyatdan keçmişik, amma bir təşkilat kimi formalaşmamışıq. Təşkilatın nizamnaməsi olmalıdır, amma bizdə hələlik heç nə yoxdur. Yalandan yazırlar ki, nə bilim RATİ-nin İdarə Heyətinin üzvləri, nə bilim Koordinasiya Şurasının üzvləri. Bu təşkilat hələ formalaşmayıb, burada belə vəzifələr də yoxdur. Amma mətbuat bunu o qədər şişirtdi ki...

- RATİ-nin fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı nə deyə bilərsiniz?

- Bir söz demək istəyirəm. Uşaq hələ doğulmayıb, ona nə isə ad qoymaq olarmı? Bizim təşkilat da elə doğulmamış uşaq kimidir. Hansı addan, hansı fəaliyyətdən söhbət gedə bilər?!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG