Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 09:14

Bir əsgər özünü güllələyib, bir ayin əsgəri isə ölüb

Arxiv foto
Arxiv foto
Azərbaycan Ordusunun əsgəri Zeynal Zeynalovun özünü güllələyərək intihar etdiyi bildirilir. Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev AzadlıqRadiosuna deyib.

Onun sözlərinə görə, əsgər tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində ölüb. Fakt üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işinin başlandığı və araşdırma aparıldığı bildirilir.

Nazirlikdən AzadlıqRadiosuna verilən başqa bir məlumatda isə deyilir ki, bir ay əvvəl hərbi xidmətə çağırılan, 22 yalı Rəşad Mirzəliyev hospitalda vəfat edib. Nazirlik onun xəstəlikdən öldüyünü bildirir.
This item is part of
XS
SM
MD
LG