Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 20:40

Səfər Əbiyev Moskvaya yollandı


Azərbaycanın müdafiə naziri Səfər Əbiyev dekabrın 10-da Rusiya paytaxtına yola düşüb. O Moskvada MDB Müdafiə Nazirləri Müdafiə Şurasının növbəti iclasında iştirak edəcək.

AzərTAc Müdafiə Nazirliyinə istinadən bildirir ki, iclasda MDB çərçivəsində hərbi əməkdaşlığın vəziyyəti və 2013-cü il üçün planlaşdırılan tədbirlər müzakirə edilməlidir.

Səfər çərçivəsində bir sıra MDB ölkələri ilə qarşıdakı il üçün ikitərəfli hərbi əməkdaşlıq planlarının imzalanacağı da gözlənilir.
XS
SM
MD
LG