Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Diffamasiya haqqında qanun gələn il qəbul oluna bilər


Elmira Süleymanova
Elmira Süleymanova
-

Gələn il Azərbaycanda «Diffamasiya haqqında» qanun layihəsinin qəbul olunacağı gözlənilir.

APA-nın xəbərinə görə, bunu Ombudsman Elmira Süleymanova «Azərbaycan Respublikasında insan hüquqlarının inkişafı: nailiyyətlər və perspektivlər» mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda «Diffamasiya haqqında» qanunun qəbuluna böyük ehtiyac var:

«Artıq bu qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Bunun 2013-cü ildə parlamentin gündəliyinə çıxarılması və qəbulu tövsiyə olunub. Hazırda Azərbaycanda kütləvi informasiya vasitələrində şərəf və ləyaqətin təhqirinə görə cinayət işinin açılması nəzərdə tutulduğundan belə bir qanunun qəbulu labüddür. Bu qanun qəbulundan sonra ölkədə jurnalistlərə şərəf və ləyaqətin təhqirinə görə cinayət işinin açılması deyil, müəyyən cərimələrin tətbiqi nəzərdə tutulur. Mən «Diffamasiya haqqında» qanun layihəsinin qəbulunun tərəfdarıyam. Şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, o cümlədən, fikir və söz azadlığına hörmət və eləcə də, sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılması demokratik dəyərləri özündə cəm edən hər bir dövlətin ümdə vəzifələrindən sayılır».

«Diffamasiya haqda» qanunun qəbulunu beynəlxalq təşkilatlar bir neçə il öncə Azərbaycana tövsiyə ediblər. Rəsmilər isə Azərbaycan cəmiyyətinin və mediasının buna hazır olmadığını bəyan ediblər.
XS
SM
MD
LG