Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Sentyabr, bazar, Bakı vaxtı 22:33

Rusiya MDB ölkələrində narıncı inqilab ehtimalından narahatdır


Nikolai Patrushev
“Rusiya və digər MDB ölkələrində narıncı inqilab ehtimalı var”.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolai Patrushev bəyan edib.

O xüsusi ilə Ukrayna, Qırğızıstan və Tacikistanın adlarını çəkib.
Patrushevin sözlərinə görə, bu ölkələrdəki vəziyyət Rusiya üçün təhlükə törədir və yaxın gələcəkdə bu məsələyə diqqət yetiriləcək.

O qeyd edib ki, Rusiya Şimali Afrika və Yaxın Şərqdəki vəziyyəti nəzarətdə saxlayacaq.

Patrushev həmçinin icazəsiz aksiyaları dağıdarkən Rusiya polisinin qüsursuz hərəkət etdiyini deyib və əlavə edib ki, xaricdə nümayişlər dağıdılarkən insanlar şikəst edilir.
XS
SM
MD
LG