Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Suriya rejimi hesab edir ki, üsyançılar kimyəvi silah işlədə bilər


Foto arxiv
Foto arxiv
Suriya hakimiyyəti hesab edir ki, üsyançılar orduya qarşı kimyəvi silah işlədə bilər.
Suriya Xarici İşlər Nazirliyinin şənbə günü yaydığı bəyanatda üsyançıların Hələbin şərqindəki kimya zavodunu ələ keçirdikləri bildirilir.

Böyük Britaniyanın xarici işlər naziri William Hague isə əksinə, prezident Assad rejiminin kimyəvi silah işlədə bilməsi barədə dəlillər olduğunu deyir.

Amma Suriya hakimiyyəti dəfələrlə heç vaxt öz xalqına qarşı bu cür silah işlətməyəcəyini deyib.
Dünən paytaxt Dəməşqin ətrafında hökumət və müxalifət qüvvələri arasında ağır dğyüşlər gedib.
XS
SM
MD
LG