Keçid linkləri

2026, 14 İyul, çərşənbə axşamı, Bakı vaxtı 14:57

Rumınyada parlament seçkisi keçirilir

Foto arxiv
Foto arxiv
İctimai rəy sorğularının nəticəsinə görə, baş nazir Victor Pontanın rəhbərlik etdiyi hakim solmərkəzçi koalisiya parlamentdə çoxluq qazanacaq.
Amma müşahidəçilər hesab edir ki, seçkinin nəticələri ölkədə siyasi böhrana səbəb ola bilər.
Çünki Prezident TrianBasescu səlahiyyətlərindən istifadı edərək hökumət yaradılmasını sağmərkəzçi Demokratik Liberal Partitiyasındakı tərəfdarlarından birinə tapşıra bilər.

Baş nazir Victor Ponta iyulda prezidentin impicment məsələsini qaldırdığına görə tərəflər arasında münasibətlər korlanıb.

Seçkidə 50 faizdən çox seçicinin iştirakı gözlənilir.
Avropanın ən kasıb ölkələrindən olan Rumınya hazırda ağır iqtisadi tənəzzül dövrünü yaşayır.
This item is part of
XS
SM
MD
LG