Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Misir prezidenti güzəştə gedir


Muhammad Morsi
Muhammad Morsi
Misir prezidenti Mohammad Morsi səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı verdiyi fərmanı ləğv edib.
Amma o yeni konstitusiya layihəsi ilə bağlı dekabrın 15-nə nəzərdə tutulmuş referendumu təxirə salmayıb.

Bunu Morsinin nümayəndəsi müxalifət nümayəndələri ilə görüşdə deyib.
Müxalifət hər iki məsələnin ləğvini tələb edirdi.

Amma məlumatlarda prezident qərarlarının məhkəməyə çıxarıla bilməməsi ilə bağlı bəndin faktiki qüvvədə qaldığı bildirilir.
Yeni fərmanda həmçinin konstitusiya layihəsinin refetrendumda təsdiq olunmayacağı halda, təzə layihə hazırlamaq üçün yeni təsis yığıncağı yaratmaq nəzərdə tutulur.

Dünənki görüşü baykot edən ssas müxalifət koalisiyası olan “Milli qurtuluş cəbhəsi” bazar günü prezidentin yeni fərmanını müzakirə etməlidir.

Prezident Mohammad Morsinin noyabrın 22-də səlahiyyətlərini artırması və yeni konstitusiya layihəsinin qəbulu ölkədə kütləvi etirazla qarşılandı.
Müxalifət Morsi və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatını özlərinə müvafiq konstitusiya hazırlamaq və hakimiyyəti zəbt etməkdə günahlandırır.
XS
SM
MD
LG