Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

"Həmas" fələstin məsələsində güzəştə getməyəcəyini deyir


Həmasın lideri Khaled Mishaal
Həmasın lideri Khaled Mishaal
"Həmas Fələstin məsləsində istənilən güzəşti rədd edir. Bİz Fələstinin işğalının qanuni olmasını və İsraili tanıya bilmərik”.

Bunu Həmasın lideri Khaled Meshal bu gün Qəzzə bölməsində qrupun 25 illiyi ilə bağlı keçirilən mitinqdə bəyan edib.

O həmçinin prezident Mahmud Abbasın rəhbərlik etdiyi Fəth hərəkatı ilə barışığa gedcəyini vəd edib.

Mitinqdə Fəth hərəkatının yerli nümayəndələri də iştirak ediblər.
Həmasın sözçüsü Sami Abu Zuhri bunun tarixi tədbir olduğunu deyir.

Qəzzə bölməsi 2007-ci ildən Həmasın nəzarətindədir.
İordan çayının qərb sahilinə isə Fəth hərəkatı nəzarət edir.

ABŞ, İsrail və Avropa ölkələri Həması terrorçu təşkilat hesab edirlər.
Bu ilin noyabrında Qəzzədə Həmasla İsrail ordusu arasında gedən döyüşlərdə 170 fələstinli və 6 israilli ölüb
XS
SM
MD
LG