Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:18

Nuhun qəbri ilə bağlı yeni fotoşəkillər tapılıb.


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 21 sentyabr 2012. sayı: 179 (20.584)


MƏDƏNİYYƏT İŞÇİLƏRİNƏ QAYĞI GÖSTƏRİLİR

Bu günlərdə ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da Milli Musiqi Günü geniş qeyd edilmişdir. Bir neçə mədəniyyət işçisi isə bu bayramı ikiqat sevinc hissi ilə yola salmışlar. Ona görə ki, həmin mədəniyyət işçiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə fəxri adlara layiq görülmüşlər. Onları redaksiyamıza dəvət edib təəssüratlarını öyrəndik.

Qasım Bağırov – Naxçıvan Muxtar Respublikasının əməkdar artisti:

- 1994-cü ildən Naxçıvan Dövlət Filarmoniyasında balabançalan solist kimi fəaliyyət göstərirəm. Bundan başqa, Naxçıvan Musiqi Kollecində balaban alətinin ifaçılıq sirlərini gənclərimizə böyük həvəslə öyrədirəm. Mədəniyyət işçiləri üçün hər cür şərait yaradılmışdır. Bu gün ölkəmizdə musiqi mədəniyyətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
Hər il yeni musiqi məktəbləri inşa olunur, konsert salonları təmir edilir və ya yeniləri qurulur, mədəniyyət müəssisələrinin maddi – texniki bazası gücləndirilir, milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində uğurlu layihələr həyata keçirilir. Ali Məclis Sədrinin sərəncamı ilə mənə «Naxçıvan Muxtar Respublikasının əməkdar artisti» fəxri adının verilməsi muxtar respublikada mədəniyyət göstərilən diqqət və qayğının ifadəsi kimi dəyərləndirilməlidir.

NUH PEYĞƏMBƏRİN MƏZARÜSTÜ TÜRBƏSİNİN ƏKS OLUNDUĞU YENİ FOTOŞƏKİLLƏR TAPILIB

Son illər bəşər sivilizasiyasının ilk beşiklərindən olan, ən qədim şəhərlərdən biri hesab edilən Naxçıvan haqqında maraqlı tədqiqatlar meydana çıxmaqdadır.
Naxçıvan tarixinin öyrənilməsi istiqamətində Nuh peyğəmbərlə bağlı tədqiqatlar xüsusilə əhəmiyyətlidir. Məlumdur ki, tarixin müxtəlif dövrlərində Avropa, rus, Şərq alom və səyyahları dəfələrlə Naxçıvanda olmuş, öz əsər və səyahətnamələrində bu mövzuya toxunmuşlar.

Naxçıvanın tarixi ilə bağlı əldə olunan hər bir sənəd, fotoşəkil, rəsm, tarixi fakt tariximizin qaranlıq səhifələrinə işıq salır. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əldə etdiyi rəsm və fotoşəkillərin bu sahədə maraq doğuracağını nəzərə alıb, onları geniş ictimaiyyətə və oxuculara təqdim etməyi lazım bildik. Rəsm və fotoşəkillər muzeylərimizin eksponatları sırasında öz layiqli yerini tutacaqlar.

Birinci fotoşəkil 19-cu əsrin 90-cı illərində Rusiya imperiyasında poçt açıqcası kimi çap olunmuşdur. Çox güman ki, fotoşəkildəki şəxslər Naxçıvanda xidmət edən çar Rusiyasının məmur və hərbçiləridir. Fotoşəkildən görmək olar ki, Nuh peyğəmbərin məzarüstü abidəsi sonrakı illərdəki kimi bərbad hala düşməmişdir.
XS
SM
MD
LG