Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

İlk Avropa yay olimpiya oyunları Azərbaycanda keçiriləcək


Patrick Hickey
Patrick Hickey

Avropa Olimpiya Komitəsi Baş Assambleyasının Romada keçirilən 41-ci toplantısında tarixdə ilk Avropa Olimpiya Oyunlarının keçirilməsi barədə qərar qəbul olunub.

APA-nın məlumatına görə, Assambleyada Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın baş katibi Elxan Məmmədov və digər ölkə rəsmiləri təmsil edib.

Baş Assambleyanın ikinci iş günü Bakı şəhəri və şəhərin idman qurğuları barədə təqdimatla başlayıb.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey bu oyunların keçirilməsi ideyasının tarixindən danışıb və Avropa yay Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyib.

Çıxışlardan sonra gizli səsvermə keçirilib və tarixdə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edib.

Səsvermədə iştirak edən 48 nəfərdən 38-i qərarın lehinə, 8-i əleyhinə səs verib, 2 nəfər bitərəf qalıb.

Ermənistanın nümayəndələri isə səsvermədə iştirakdan imtina ediblər.
XS
SM
MD
LG