Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:22

«Türk Hava Yolları» Lənkərana aviareys açır


-
«Türk Hava Yolları» aviaşirkəti Azərbaycanın Lənkəran şəhərinə uçuş xətti açacaq.

APA-nın «Anadolu» Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qərar şirkətin İdarə Heyəti tərəfindən verilib.

Bundan başqa, şirkət Malayziyanın paytaxtı Kuala-Lumpur, Çadın paytaxtı Ncamena, Nepalın paytaxtı Katmandu, Əfqanıstanın Məzari-Şərif, Güney Sudanın paytaxtı Cuba, Almaniyanın Friedrixşafen şəhərlərinə də təyyarə reysləri açacaq.
XS
SM
MD
LG