Ukraynada müxalifətdə olan Ata Vətən Partiyası hazırda həbsdə olan keçmiş Baş nazir Yulia Tymoshenko-nu (Yuliya Tımoşenko) özünün prezidentliyə namizədi elan edib.
Ukraynada prezident seçkiləri 2015-ci ildə keçiriləcək. Ata Vətən Partiyasının sədri dekabrın 7-də jurnalistlərə bildirib ki, o zamana qədər Avropa Məhkəməsinin qərarı il Tymoshenko-nun həbsdən azad ediləcəyinə ümid edirlər.
Keçmiş Baş nazir Tymoshenko keçən ilin oktyabrında 7 il müddətinə azadlıqdan məhrum edilib. Onu hakimiyyətdə olduğu illərdə vəzifədən sui-istifadədə və 1990-cı illərdə milyonlarla dollar pulu vergidən yayındırmaqda ittiham ediblər.
Yulia Tymoshenlko isə əslində siyasi qisasçılıq qurbanı olduğunu bildirir. O, 2010-cu ildə keçirilən prezident seçkisində indiki dövlət başçısı Viktor Yanukovich-in rəqibi olub.