Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:24

Naxçıvanda qalayçı kursu açılıb


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

20 sentyabr 2012-ci il. Sayı: 178(20.583)


ŞUM QALDIRILMASI VƏ TAXIL ƏKİNİNDƏ SÜRƏT ARTIR

Muxtar respublikada bitkiçiliyin ən önəmli sahələrindən olan taxılçılığın inkişafı diqqət mərkəzindədir.

Bunun nəticəsidir ki, ilbəil əkin sahələri artırılır, məhsul istehsalı yüksəlir. Ötən ilin payızında və cari ilin yazında muxtar respublika üzrə 34 min 965 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunun da 25 min 861 hektarı buğda, 9104 hektarı arpa olmuşdur. Əkinlərə vaxtında aqrotexniki qulluq göstərilərək bol məhsul yetişdirilmiş, biçin optimal müddətdə başa çatdırılmış, 34 min 965 hektar taxıl sahəsindən 101 min 848 ton məhsul yığılmışdır. Taxılın orta məhsuldarlığı 29,1 sentner olmuşdur.

Hazırda muxtar respublikada 2013-cü ilin məhsulu üçün payızlıq taxıl əkini sahələrində şum qaldırılmasına başlanılmışdır. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları taxılın məhsuldarlığının yüksəldilməsində mühüm əhəmiyyət kəsb edən aqrotexniki tədbirlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsində sahibkarlara yardımçı olurlar

PEŞƏ TƏDRİS MƏRKƏZİNDƏ QALAYÇI KURSU AÇILIB

Naxçıvan Regional Peşə Tədris Mərkəzində qalayçı kursu təşkil edilib. Sentyabrın 14-də fəaliyyətə başlayan kursa 10 müdavim cəlb edilib. Kursda dərsləri İsmayıllı rayonunun Lahıc qəsəbəsindən dəvət olunmuş misgər və qalayçı Hafiz Mirzəyev aparır.
Dərslərin gedişi, mis qabların qalaylanması prosesi ilə tanış olduq. Sənətkar Hafiz Mirzəyev qeyd etdi ki, qalayçılıq qədim peşə sahəsidir. Qalayçılar paxırlanmış miz qabları kürədə qızdırdıqdan sonra naşatır tozu – ammonium – xloridlə sürtüb təmizləyirlər. Sonra yenidən qızdırılan mis qabın üzərinə qalay tökülür və isti ikən naşatırlı pambıqla sürtülərək hamarlanır. Beləliklə, mis qazanın, qabın səthi qalaylanmış sahənin altında qalır. Öyrəndik ki, mis qabların qalaylanması onların paslanaraq xarab olmasının qarşısını alır.

Mərkəzin direktoru Məhəmməd Qəribov bildirdi ki, 2009-cu ildən fəaliyyətə başlayan mərkəzi indiyədək yüzlərlə müdavim müxtəlif peşə sahələri üzrə bitirərək sertifikatlar alıb.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Körpü təmi olunur
- Yeni beynəlxalq avtobus marşrutu fəaliyyətə başlayıb
- Şahmat məktəbini tikintisi davam etdirilir
XS
SM
MD
LG