Qahirədə prezident Mohammad Morsinin tərəfdarları ilə əlehdarları arasında toqquşma olub.
Prezidentin tərəfini saxlayan “Müsəlman qardaşları” hərəkatı tərəfdarlarını dövlət başçısına dəstək olaraq nümayişə çağırıb.
Dünən prezident sarayının ətrafında prezidentin istefası tələbi ilə çoxminlik etiraz aksiyası keçirilib.
Buna səbəb bu günlərdə prezident Morsinin səlahiyyətlərini artırması və yeni konstitusiya layihəsinin qəbulu olub.
Müxalifət Morsi və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatını özlərinə müvafiq konstitusiya hazırlamaqda günahlandırır.
Dekabrın 15-də yeni konstitusiya ilə bağlı referendum keçiriləcək.
Vitse-prezident Mahmud Mekky bildirib ki, yeni konstitusiya layihəsindəki mübahisəli bəndlər bu vaxtadək müxalifətlə razılaşdırıla bilər.