Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:35

Vaşinqton hələ də Suriya rejiminin kimyəvi silah işlədə bilməsindən narahatdır


ABŞ Suriya rejiminin öz xalqına qarşı kimyəvi silah işlədə bilməsi və ya ona nəzarəti itirə bilməsindən narahatdır.

Bunu ABŞ Dövlət katibi Hillary Clinton bu gün Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
Hillary Clinton qeyd edib ki, Vaşinqton açıq şəkildə Suriya rejiminə bildirib ki, kimyəvi silahdan istifadə ABŞ üçün “qırmızı xətt” in keçilməsi olacaq.

Həmçinin BMT-nin baş katibi Ban Kİ Moon bu gün yenidən Suriya hakimiyyətini kimyəvi silahdan istifadə etməməyə çağırıb və bildirib ki, bunun ağır nəticələri ola bilər.

Suriya hakimiyyəti isə heç vaxt öz xalqına qarşı bu cür silahdan istifadə etməyəcəyini bəyan edib.
XS
SM
MD
LG