-
Dekabrın 5-də Abşeron Rayon Məhkəməsində müsavatçı gənc fəalın məhkəmə çəkişməsi davam etdirilib.
Bu dəfə şahid ifadələri dinlənib. Daha sonra söz alan vəkil Adil İsmayılov Milli Məclisin 6 üzvünün yazılı müraciətini hakim İlham Kərimliyə təqdim edib. Həmin müraciətdə Nigar Yaqublu haqqında seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması xahiş olunub.
Vəkil Adil İsmayılov gənc fəalla müstəntiq arasındakı telefon danışığının ittiham tərəfinin sübutlar siyahısında olduğuna diqqət çəkib. Bunun qanunsuz əldə edildiyini vurğulayan vəkil sözügedən danışığın sübutlar siyahısından çıxarılmasını istəyib.
Hakim bu və digər vəsatətlərə növbəti prosesdə baxılacağını deyərək, prosesi dekabrın 7-dək ertələdi.
Proses bitəndən sonra AzadlıqRadiosuna açıqlama verən vəkil Elton Quliyevin sözlərinə görə, Nigar Yaqublunun azadlığa çıxması üçün yetərincə hüquqi əsas var.