Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 11:49

Baş prokuror kadr dəyişiklikləri edib


Baş prokuror Zakir Qaralovun əmrləri ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Taryel Ələkbərov, həmin idarənin preventiv tədbirlər və təhqiqat şöbəsinin böyük prokuroru Pərvin Quliyev və Bakının Nizami rayon prokurorunun müavini Məmmədəli Rəhmətov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Saatlı, Neftçala və Şuşa rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Məlumatı dekabrın 5-də Baş Prokurorluğun mətbuat xidməti yayıb.
This item is part of
XS
SM
MD
LG