Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 00:23

Azərbaycanın dəmir yollarındakı təhlükəli keçidlər ləğv edilir


«Azərbaycan Dəmir Yolları» QSC dəmir yollarının təhlükəsizliyini təmin etmək məqsədilə 46 keçidi ləğv edib. Trend-in məlumatına görə, bu barədə dekabrın 5-də günü jurnalistlərə QSC-nin rəhbəri Arif Əsgərov bildirib.

«Ölkənin dəmir yollarında keçidlərin ümumi sayı 360-ı ötür. Bunlardan 318-i mühafizə olunmur», Əsgərov bildirib.

Onun sözlərinə görə, keçidlərdə tez-tez baş verən qəza halları ilə bağlı aparılan analiz nəticəsində mühafizə olunan keçidlərə nəzarət gücləndirilib. Təhlükəli hesab edilən keçidlər bağlanıb.

Əsgərov onu da qeyd edib ki, Bakı-Böyük Kəsik marşrutu üzrə dəmir yol xəttinin müasirləşdirilməsi və yenidən qurulması çərçivəsində qatarların hərəkət sürəti saatda 140 kilometrə çatıb ki, bu da yüksək sürətlə bağlı təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən keçidlərin sayının xeyli azalmasını tələb edir.

Bu sahədə aparılan yenidənqurma işləri çərçivəsində yolun nəzərdə tutulmuş 317 kilometrindən 155 kilometrdən çoxu artıq təmir edilib.
XS
SM
MD
LG