Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:36

FacebooKlinika



AzadliqFM şərhləri - 5.12.2012

- facebookdan birbaşa şərh yaz

Bir çox sahələr kimi təbabət də Facebookda kök salıb. Burada çoxlu təbabət səhifələri, səhhət qrupları və online həkim məsləhətləri var, hamısı da təmənnasız - yəni pulsiz. Sualımız belədir

VİRTUAL HƏKİM MƏSLƏHƏTLƏRİ NƏ DƏRƏCƏDƏ ETİBARLI SAYILIR?


Azadliq FM-də virtual həkim məsləhətxanasından Fuad KərimovNaibə Qurbanova sualları cavablandırdılar.


Virtual həkim Fuad Kərimov:

- Biz səhifəni yaratmaqda əsas məqsədimiz odur ki, vətəndaşlarımıza daha yaxın olaq və onları daha düzgün istiqamətdə yönəldək. Biz səhifədə müalicə etmirik…

- Cinsi xəstəliklər üzrə suallarda problemlər yaranırdı. Əksər kişi istifadəçilər səhifədə təhqiramiz ifadələlər yazırdılar. Fikirləşdik ki, intim hisslərlə bağlı sualları şərh kimi yox, inbox cavablayaq. Səhifəmiz vasitəsiylə çalışırıq bütün tibbi sualları cavablandıraq.

- Ən çox müraciətlər cinsi və ginekoloji problemlərlə bağlıdır.


Jurnalist Naibə Qurbanova:

  • - Səhifəmizə tez-tez qan analizləriylə bağlı müraciətlər olur. Xəstələr analizləri həkimə aparmamışdan əvvəl sosial şəbəkədə insanlarla analizlər barədə müzakirələr edirlər.

- Səhiyyə Nazirliyi tez-tez deyir ki, yeni tibbi avadanlıqlar gətirilib. Maraqlıdır görəsən yeni avadanlıqları istifadə etmək üçün bizim həkimlərimiz varmı? Azərbaycanın regionlarında yeni tibbi diaqnostika mərkəzləri var. Bəs regionlarda savadlı həkimlər varmı?

  • Virtual həkimlərimizə ən çox cinsi problemlər, psixoloji problemlərlə bağlı suallar durur. Bu il virtual həkimlərimizə daha çox cinsi problemlərlə bağlı suallar veriblər. Biz də çalışmışıq əksər sualları cavablandıraq. Virtual həkimlərimizin bəziləri Azərbaycanın regionlarındandılar.


Verilişə telefonla qoşulan Səhiyyə Nazirliyinin sözçüsü Anar Qədirli:

  • Səhiyyə ilə bağlı internet səhifələri liseynzilaşdırmağa ehtiyac yoxdur. Online xidmətlər tövsiyyə xarakterlidir. Xəstə müayinə, müalicə üçün həkimlə görüşməlidir. Forum, sayt vasitəsiylə xəstələri müalicə etmək teletəbabət deyil.
XS
SM
MD
LG