Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:47

Azərbaycanlıları öz vətənində təhlükə gözləyir? [Video]


Rus dilini bilməyənlər Rusiyada işləyə biləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Rus dilini bilməyənlər Rusiyada işləyə biləcəkmi?

-
Axır ki, Əbdinovların hamısı - bütün ailə üzvləri bir araya gəliblər. Düz 25 ilini Rusiyada keçirən Vərağa Əbdinov nəhayət evə dönüb. O, ildə bir ya iki dəfə doğmalarına baş çəkir:

«Qardaşım 35, əmim 40 ildir ordadır, getdim yanlarına. İlişdim qaldım orda. Ora mənim üçün yaxşıdır».

Vərağa Əbdinov Lipetsk şəhərində gül alıb-satır. Rusiyada baş verən son olaylar onu çaş-baş salıb:

«Mafiyadır, bəlkə də Moskvadan deyil, qıraqdan bizləyirlər. Hələ heç kim bilmir nə olacaq. Bu imtahanlar boş-boş şeylərdir».

RUSİYADA XİDMƏT SAHƏLƏRİNDƏ KİM ÇALIŞACAQ?

Dekabrın 1-də Rusiyada Miqrasiya Xidməti Qanununa dəyişiklik edilib. Rus dilini bilməyən miqrantlar xidmət sahələrində işləyə bilməz. Çalışma izni almaq üçün miqrant ruscanı bildiyini göstərən sənəd təqdim etməlidir. Bu qanun özəlliklə mənzil-kommunal, pərakəndə satış və məişət xidməti sahələrində çalışanlara tətbiq olunacaq.
Rus dilindən imtahanlar dekabrın 3-dən başlanıb.
Əlövsət Əliyev
Əlövsət Əliyev

«Bu, azərbaycanlılara yönəlik bir addımdır». Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev belə deyir. O, Rusiyada daha çox azərbaycanlıların alverlə məşğul olduğunu önə çəkir:

«Rusiya Federasiyasının Təhsil Nazirliyində müəyyən şəxslər arayış verəcəklər ki, filankəs rus dilini bilir, ya yox. Bu, subyektiv qərarlara, rüşvətin çiçəklənməsinə yol açacaq, amma azərbaycanlıların Rusiyadan kütləvi axınına təsir göstərməyəcək».

QIZILGÜLÜN QİYMƏTİNİ RUSCA DEYƏ BİLİRSİNİZ?

«Rozı stoit u nas sto rubley, lilya stoit dvesti rubley» deyərək, rusca danışa bildiyini göstərən 53 yaşlı Vərağa Əbdinov rus dili imtahanından narahat deyil:

«Bir var, 2 il olasan orda, bir də var 25 il. Alıcıların hamısı ilə danışıram, toy buketlərini də özüm bağlayıram».

Rusiyada miqrantlar
Rusiyada miqrantlar
Amma düşünür ki, nə desən ola bilər - birdən alveri dayanar, ya da Azərbaycana qayıtmağa məcbur qalar. Belə qara fikirləri ağlından keçirsə də, Rusiyada insanın zəhmətinə önəm verdiklərindən orda çalışmaq istəyir:

«Orda həkimin maaşı bizim pula çevirəndə, 1000 dollar edir (postsovet məkanında bütün miqrantlar öz pullarını dollarla eyniləşdirir - V.Ə.). Azərbaycanda 200 manata necə yaşayasan?».

MM ÜZVÜ NARAHATLIĞA ƏSAS GÖRMÜR

Rusiyada miqrantlarla bağlı qərar rus dilini bilməyən Azərbaycan vətəndaşlarının vətənə dönməsini aktuallaşdıracaq. Parlamentin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ki, Azərbaycan buna da hazırdır:
Vahid Əhmədov
Vahid Əhmədov

«Əlbəttə, müəyyən axın olacaq. Bunu gözləmək lazımdır. Açığını deyim ki, Azərbaycanın imkanı var, lazım olsa, Rusiyadan gələnlərə yardım əlini uzadacaq. Amma dövlətlərlə elə siyasi əlaqələr qurmaq lazımdır ki, miqrantlar qalıb normal yaşaya bilsinlər».

Yaşının yarısını Rusiyada keçirən Vərağa Əbdinov bir müddət sonra yenidən Lipetsk şəhərinə dönəcək - 6 minə yaxın həmvətəninin yaşadığı şəhərə. Özü kimi onların da bu imtahandan çıxacağına əmindir. Deyir, alqı-satqıda rus dilini mükəmməl bilməyə ehtiyac yoxdur.

«AZƏRBAYCANLILAR RÜŞVƏT VERİB CANINI QURTARACAQ»

Rusiyadan Bakıya bir müddətlik qayıdan Vərağa Əbdinov belə düşünür. Bəs hazırda Rusiyada imtahan həyəcanı yaşayan Azərbaycan vətəndaşları hansı durumdadır? Paytaxt Moskvada yaşayan Teymur Hüseynovun fikrincə, miqrantlar arasında heç bir təşviş yoxdur:

«Miqrantlar ona görə təşvişdə deyil ki, əvvəllər belə şeylər olub. Deyirlər rüşvət verib canımızı qurtaracağıq da. Azərbaycanlılar niyə təşvişə düşsün? Qoy, qaraçılar narahat olsun, çünki onların getməyə yerləri yoxdur. Hakimiyyətdə olan adamlar cəh-cəh vurub danışır ki, iqtisadi cəhətdən inkişaf edirik, regionun ən inkişaf etmiş ölkəsiyik. Niyə narahat olursuz ki? Yəni azərbaycanlıları Azərbaycanda təhlükə gözləyir?».
XS
SM
MD
LG