Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:14

Rasmussen hesab edir ki,Türkiyənin müraciətinə müsbət cavab veriləcək


Anders Fogh Rasmussen
Anders Fogh Rasmussen
NATO-nunn baş katibi Anders Fogh Rasmussen alyansın Türkiyə-Suriya sərhəddi boyunca raket kompleksləri yerləşdirilməsi ilə bağlı Ankaranın müraciətini təsdiqləyəcəyinə əmin olduğunu deyib.

O belə bir bəyanatla bu gün Brüsseldə NATO ölkələri xarici işlər nazirələrinin görüşü ərəfəsində çıxış edib.
Söhbət Patriot raketlərindən gedir.

Rusiyanın bu məsələ ilə bağlı narahatlığına gəldikdə isə Rasmussen deyib ki, bu yalnız müdafiə xarakteri daşıyır.
Rasmussen hesab edir ki, proses, NATO-nun müttəfiqləri bunu təsdiqlədikdən bir neçə həftə sonra həyata keçirilə bilər.

Patriot raketləri yalnız NATO-ya üzv olan 3 ölkədə-ABŞ, Almaniya və Niderlandda var.
XS
SM
MD
LG