Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

İran ABŞ-ın pilotsuz təyyarəsini ələ keçirdiyini deyir


Pilotsuz təyyarə
Pilotsuz təyyarə
-

İran iddia edir ki, Fars Körfəzində onun hava sahəsinə daxil olan ABŞ-ın pilotsuz təyyarəsini ələ keçirib.

İran İnqilab Qvardiyasından dekabrın 4-də yayılan rəsmi məlumatda ABŞ təyyarəsinin İran ərazisində kəşfiyyat apararkən tutulduğu bildirilir.

Bu məlumata görə, İranın əlinə keçən qanadlarının eni 3 metr olan ScanEagle tipli təyyarədir. Amma İran mediası təyyarənin necə ələ keçirilməsi barədə bilgi vermir.
Amma ABŞ-ın ordusu Yaxın Şərqdə hər hansı kəşfiyyat təyyarəsini itirməsi barədə məlumatları inkar edir.

Tehran keçən ay da Fars Körfəzində ABŞ-ın pilotsuz təyyarəsinə atəş açdığını bildirmişdi. Amma ABŞ ordusu xəbər vermişdi ki, həmin təyyarə İranın hava sahəsini pozmayıb, sağ-salamat öz bazasına qayıdıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG