Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:14

Nazirlik neft idarələrini cərimələyib


Ekologiya və Təbii Sərvətlər Nazirliyi neft sənayesində ekoloji vəziyyətə dair monitorinq keçirib.

«Media forum» saytının məlumatına görə, ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin və bu sahədə qəbul olunmuş normativ-hüquqi aktların tələblərinə uyğun olaraq «Abşeronneft» neft-qazçıxarma idarəsinə 1600 manat, «28 May» neftqazçıxarma idarəsinə 6555 manat, Hacı Zeynalabdin Tağıyev adına neft-qazçıxarma idarəsinə 6270 manat, «Qaraçuxur» iriləşdirilmiş neft mədəninə 22085 manat, «Bahar Enerji Əməliyyat» şirkətinə 9100 manat və «Absheron Operating Company LTD» şirkətinə 3600 manat məbləğində ödəmə tətbiq edilib.

Çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verilib.
XS
SM
MD
LG