Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:45

Şabranda yaşayış binası uçub


Şabran rayonunda yaşayış binasında uçqun olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytının məlumatına görə, Şabran rayonu Ağalıq kəndində XX əsrin əvvəllərində inşa edilmiş ikimərtəbəli on iki mənzilli yaşayış binasının bəzi konstruktiv elementlərində qismən uçqun olub.

Bildirilir ki, binanın mövcud vəziyyəti mütəxəssislər tərəfindən tam müəyyən edilənə qədər sakinlər təxliyə olunaraq təhlükəsiz əraziyə köçürülüb.

Binanın su, elektrik və qaz təchizatı dayandırılıb, mühafizəsi təşkil olunub.
XS
SM
MD
LG