Keçid linkləri

2017, 23 Fevral, Cümə axşamı, Bakı vaxtı 09:57
-

Rasim Qaraca


Aforizmlərim


Boğulanı qucaqlamaq deyil, saçından tutub sürümək lazımdır.

*

Bizim allahla bağlı çoxlu illüziyalarımız olsa da, allah bizimlə bağlı heç bir illüziyaya yol vermir.

*

İnsanın missiyası partlayış törətməkdir. Ürək öz döyüntüləriylə bunu hər an bizə xatırladır.

*

Varlılar bizim bəyənmədiyimiz o şeyi edirlər ki, varlanandan sonra biz də kasıbların bəyənmədiyi həmin o şeyi edəcəyik.

*

İnsanın əsl “mən”i onun ağrılarındadır – ağrıdığın an səninlə olan “mən” əsl məndir.

*

Tavaya düşmüş cücə özü-özünü götürüb kənara qoya bilməz.

*

Zahirən gözəl olmayanlar zahiri aksessuarlara, daxilən gözəl olmayanlar mənəvi aksessuarlara önəm verirlər.

*

Nə qədər çox şişsə, bir o qədər bərk partlayacaq.

*

Şairin vəzifəsi məna vermək deyil, mənalı olanı görməkdir.

*

Bizim yazıçı və şairləri şərti olaraq üç sinfə ayırmaq mümkündür: canavarlara, köpəklərə və çaqqallara.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG