Keçən ilin aprelində evlənən Britaniya şahzadəsi William və xanımı Catherine uşaq gözləyirlər.
Britaniya Kraliçası Elizabeth-in nəvəsi olacaq körpə həm də 3-cü sıradakı Britaniya kralı ola bilər.
Kraliça Elizabeth-dən sonra kral olacaq sırada birinci adam onun oğlu Charles, sonra Charles-in oğlu William-dır.
William və Catherine-nin keçənilki toyları dünya mediasının ən çox diqqət yetirdiyi hadisələrdən biri olmuşdu.